az

“Evin” zindanında saxlanılan güneyli milli fəal Tohid Əmirəmini koronavirusa yoluxub

Tehranın “Evin” zindanının 4-cü bölməsində saxlamılan güneyli ana dili məhbus Tohid Əmirəmini koronovirusun Omikron ştammına yoluxduğu və sağlıq durumunun yaxşı olmadıını deyib.

O, bu barədə yanvarın 29-da ailəsi ilə qısa telefon əlaqəsi zamanı məlumat verib.

Milli fəal ondan başqa onun saxlanıldığı bölmədə məhkumluq dövrünə keçirən çox sayda məhbusunda koronavirusa yoluxduğunu bildirib.

Məlumatda zindanın 4-cü bölməsində saxlanılan 20 məhbusudan götürülən analizlərin nəticəsinin müsbət olduğu və onların hamısının koronovirusun Omikron ştammına yoluxduğu qeyd olunub.

“Evin” zindanının adı çkilən bölməində başqa azərbaycanlı siyasi məhbus Əkbər Nəiminin durumundan dəqiq məlumat əldə etmək mümkün olmasada, onunda koronovirusa yoluxduğu ehtimal edilir.

Bundan öncə 2020-ci ildə koronovirusun geniş yayıldığı dönəmdə İran zindanlarında tibbi imkanların və avadanlıqların, dərman preparatlarının azlığı, çox sayda məhbusun kiçik kameralarda saxlanılması minlərlə məhbusun koronovirusa yoluxmasına, onlarla məhbusun həyatını itirməsinə səbəb olmuşdur.

Azərbaycanlı fəal 21 fevral 2019-cu ildə Kiyanuş Aslani ilə birlikdə Tehranın “İnqilab” meydanında “Beynəlxalq Ana Dili Günü” münasibətilə afişalar yaydığı üçün həbs olunub.

Əmir Əmini İnqilab Məhkəməsinin 26 saylı şöbəsində “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq və əlbir olmaq”, “rejimə qarşı təbliğat aparmaq” ittihamları ilə mühakimə olunub.
Birinci ittihama görə Əmir Əmini 7il yarım, ikinci ittihama görə isə 18 ay həbs cəzasına məhkum edilib.

Hakim Əhməd Zərgərin başçılığı ilə Apelliyasiya Məhkəməsinin 36-cı şöbəsində keçirilən iclasda T.Əmir Əmini “rejimə qarşı təbliğat” ittihamından bəraət alıb.

2021-ci ilin aprel ayında 20/04/2020-ci il tarixində təsdiqlənmiş “cəzanın azaldılması qanunu”na əsasən, 7 il 6 ay həbs cəzasının 2 il 6 ayı ləğv edildiyi üçün Əmir Əmininin həbs cəzası 5 ilə endirilib.

Related Articles

Bir cavab yazın

Back to top button