İran

Alman Xarici İşlər Baxanlığı: İran atom danşıqlarında gerçəkçi önərilər irəli sürsün

Sözügedən baxanlığın sözçüsü İranın Vyana müzakirələrindəki qrupunun irəli sürdüyü önərilərin danışıqların uğurla bitməsi üçün əsaslı olmadığını qeyd edib.

Alman Xarici İşlər Baxanlığı İranın ötən həftə Vyana danışıqlarında irəli sürdüyü önərilərin öncəki anlaşmalara zidd olduğunu vurğulayaraq bildirib ki, Berlin İrandan müzakirələrdə gerçəkçi önərilər irəli sürməsini istəyir.

Sözügedən baxanlığın sözçüsü İranın Vyana müzakirələrindəki qrupunun irəli sürdüyü önərilərin danışıqların uğurla bitməsi üçün əsaslı olmadığını qeyd edib.

“Biz İranın önərilərini diqqətlə araşdırdıq və belə nəticəyə gəldik ki, Tehran ötən aylardakı çətin müzakirələr nəticəsində əldə edilən anlaşmaların təqribən hamısını pozub”, – deyə o, artırıb.

Xatırladaq ki, Vyana atom anlaşması üzrə danışıqların yeddinci mərhələsinin başa çatmasından sonra Qərb yetkililəri İranın hədsiz tələblərindən narazılıqlarını bildiriblər. Hətta media da İranın atom anlaşmasını canlandırmaq əzmini şübhə altına alıb

Related Articles

Bir cavab yazın

Back to top button