Dünya

CON BOLTON TRAMPA SƏS VERMƏYƏCƏK

“Novambrda keçiriləcək prezident seçkilərində Donald Trampa səs verməyəcəyəm”.
Bunu Amerika Prezidenti D. Trampın Milli Əmniyyət Məsələləri üzrə sabiq müşaviri Con Bolton ABC telekanalına müsahibəsində deyib.
“Mən düşünmürəm ki, o, prezident olmalıdır. Düşünmürəm ki, o, dəftər üçün yararlı biridir. Düşünmürəm ki, o, işi icra etmək qabiliyyətinə malikdir. Düşünmürəm ki, o, mühafizəkar cumhuruçidir. Novambrda ona səs verməyəcəyəm. Əlbəttə ki, Co Baydenə də səs verməyəcəyəm. Səs vermək üçün başqa bir mühafizəkar cumhuruçi müəyyənləşdirəcəyəm”, – deyə o bildirib.
C. Bolton qeyd edib ki, D. Tramp dəftərinə qoşularkən onunla bağlı bəzi hekayələrin təhrif olunduğunu düşünüb.
“Lakin bunun həqiqət olmadığı ortaya çıxdı”, – deyə C. Bolton vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button