İran

ATOM SAYTLARI DƏRHAL YOXLANILMALIDIR!

Beynəlmiləl Atom Enerjisi Ajansının baş müdiri Rafael Qrosi İran hökümətinə ixtar verib. Ölkə məqamlarından kontrol üçün ajans tərəfindən təyin olunan iki atom saytına yubanılmaz girişini təmin etməsini istəyib.
Qrosi 26 xordad, duz günü qurumun İdarə Heyətinin toplantısında, “mən dərin nigaranlıqla bəyan edirəm ki, 4 ay öncədən İran höküməti bizim iki atom saytına girişimizə mane olur və artıq bir ilə yaxındır ki, açıqlanmamış olası atom fəaliyyətləri ilə bağlı suallarımıza aydınlıq gətirilməsinə dair ciddi danışıqlar aparmaqdan çəkinib”, – deyə bildirib.
“Bu, ajansın sualları aradan qaldırmaq və İrandakı saytlarda açıqlanmamış atom maddələri və fəaliyyətinin olmaması ilə bağlı mötəbər zəmanət vermək qabiliyyətini sarsıdır. Mən İranı ajansla yubanmadan və tam şəkildə işbirliyə, özəlliklə də bəlli etdiyimiz saytlara gecikmədən girişi təmin etməyə çağırıram”,-deyə Beynəlmiləl Atom Enerjisi Ajansının baş müdiri artırıb.
İranın atom təəhhüdlərini azaltmaq təsmiminə işarə edən Qrosi deyib ki, bu ajans atom maddələrinin hədəfindən yayınmamasını padman razılaşması çərçivəsində yoxlamağa davam edəcək.
*****

Related Articles

Bir cavab yazın

Back to top button