İran

Amerika İranın 3 kiber ünsürünün həbsinə səbəb olacaq məlumat üçün 10 milyon dollar mükafat təyin edib

Amerika Dövlət Departamentinin "Ədalət üçün Mükafat" proqramının rəsmi Twitter hesabı İslam Respublikasının üç kiber ünsürü haqqında məlumat üçün 10 milyon dollar mükafat təyin edib və həmin üç nəfər barədə məlumatı olan şəxslərdən xahiş edib ki, bu məlumatları sözügedən quruma göndərməklə adıçəkilən bədxahların fəaliyyətinin qarşısını almağa kömək etsinlər.

Qurum Mənsur Əhmədi, Əhməd Xətibi Oqda və Əmirhüseyn Nikayin Ravəri adlı bu ünsürlər barədə bildirişi və onların fotolarını dərc edərək yazıb:

“Bu üç kiber əməliyyatçı Amerika şəbəkələrini hədələmək və günahsız insanları şantaj etmək üçün kompüterlərinin arxasında gizləniblər”(https://bit.ly/3S78IuI)

Related Articles

Bir cavab yazın

Back to top button