Azərbaycanİran

Azərbaycan tələbənin həbsinə görə İrana nota verib

“Tərəfimizdən 9 mart tarixli mətbuat açıqlamasında qeyd olunduğu kimi, Fərid Səfərli barədə məlumat Xarici İşlər Nazirliyinə daxil olan gündən, yəni 9 mart tarixindən etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi və İran tərəfindən məsələyə aydınlıq gətirilməsi məqsədilə müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlanıb”, – bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan Respublikasının vətəndaşı Fərid Səfərlinin İranda həbs olunması ilə bağlı yerli medianın sualına cavabında deyib.

O bildirib ki, çoxsaylı müraciətlərdən sonra İran tərəfi notamıza cavab olaraq, Fərid Səfərlinin həbs olunduğunu, ona qarşı cinayət işi başladıldığını bildirib. Bu barədə F.Səfərlinin ailəsinə müvafiq məlumat verilib:

“Səfərlinin ailəsi və özü ilə mütəmadi əlaqə saxlanılır. Yaxın zamanlarda Təbrizdəki Baş konsulluğumuz tərəfindən Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür”.

#FeridSeferli

Related Articles

Bir cavab yazın

Back to top button