Azərbaycanİran

“Traxtur”dan vacib qələbə: Stadionda milli şüarlar səsləndirildi

Mayın 12-də futbol üzrə İran Premyer Liqasında 29-cu turun oyunları keçirilib.

Güney Azərbaycanı təmsil edən Təbrizin “Traxtur” klubu öz meydanında Mazəndəranın “Nəssaci” klubu ilə üz-üzə gəlib.

Yerli vaxtla günortadan sonra saat 18:00-da Təbrizin “Yadiqari imam” (Səhənd) stadionunda keçirilən görüşdə Təbriz klubu rəqibini 1-0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “Traxtur” 29 turdan sonra 52 xalla 16 komanda arasında 4-ci pillədə yer alır.

Stadiona toplaşan “Traxtur” azarkeşlər milli şüarlar səsləndiriblər.

Oyun boyu “Türk dilində mədrəsə, olmalıdır hər kəsə”, “Urmu, Zəncan, Ərdəbil, bu səs Təbrizdən gəlir”, “Azərbaycan qızları, göylərin ulduzları” və s. şüarlar səslənib.

Azərbaycan komandasını dəstəkləmək üçün Güney Azərbaycanın müxtəlif şəhərlərindən minlərlə azarkeş Səhənd stadionuna toplaşıb.

Related Articles

Bir cavab yazın

Back to top button