İran

Azərbaycan İranın vətənə uzanan əlini qolunu kəsir

Tehran illərdir özəlliklə Azərbaycan Cumhuriyyətindəki dindar cəmiyyətə nufuz eləməyə çalışır. Din adı altında bir çox propaqanda işləri görübdür

Tarix boyunca ölkələr sərhədlərinin eşiyində də güc sahibi olmaya çalışıblar. Bir zamanlar bu iş bir başa və açıq müdaxilə olsa da günümüz dünyasında daha çox yer altından olur. İran İslam Cumhuriyeti qurulduğu andan etibarən radikal bir məzhəbçi siyasəti peşə elədi və öncəki rejimdən miras aldığı Fars ırqıçılığıyla var olmaya çalıştı. Tehran hakimiyyəti özəlliklə bölgə ölkələrə nufuz etmək üçün əlindən gələni elədi. İran özü dünyanın ən radikal diktatorluqlarından birinə sahib olsada amaclarına yetişmək üçün ətraf ölkələrdəki demokrasi potansiyelini əlindən gəldiyi qədər qullanmaya çalışdı. Misal üçün Türkiyə və Azərbaycanda İrana bağlı olduğu bilinən bir çox medya və fərqli mərkəzlər var. Tehran illərdir özəlliklə Azərbaycan Cumhuriyyətindəki dindar cəmiyyətə nufuz eləməyə çalışır. Din adı altında bir çox propaqanda işləri görübdür. Bu işlər o qədər yayqınlaşdı ki Güney Azərbaycandan məsələyə baxınca Azərbaycan hakimiyyətinin bu qədər açıq propaqandaya necə sakit qaldığını anlamaq çətin olurdu. Ancaq Qarabağ savaşındakı başarıdan sonra durum çox dəyişdi. İran israrla dəvam etdiyi siyasətlər sonucunda utuzan tərəfdə qaldı və Azərbaycana bir başa həm də açıq şəkildə düşmanlıq eləməyə başladı. Bütün bunlar illərcə hakimiyyətin iddia etdiklərinin nə qədər yanlış olduğunu ortaya çıkardı. Azərbaycanın quzeyində də Güneyində olduğu kimi millət gözünü açıb İranın nə olduğunu görməyə başladı. Bu məsələ özəlliklə Azərbaycan Cumhuriyyətinin dindar cəmiyyətinin İrana qarşı nəfrətlərini artırdı. Azərbaycan hökuməti çox hesablı bir addımla bir başa İranla çalışdıqları iddia edilən şəxsləri tutuqlamaya başladı. Geçən həftələrdəki gərginliklərdə Əli Xamneyinin Azərbaycandakı ofisinin bağlanıb nümayəndəsi Ocaqnejad-ın dəftərinin bağlanması yeni dönəmin xəbərçisi oldu. Ondan sonra neçə İrana bağlı mərkəz də bağlandı və İran adamları tək tək tutuqlandılar. İllər öncə İranın Azərbaycandakı mərkəzlərindən sayılan Nardalan şəhərinin də təmizlənməsi Bakının ciddiyyətini göstərir. İran ideolojisini nəyə görə tanımlamaya çalışsa da sonuc gec və ya tez fəlakət olur. İran hakimiyyəti 43 illik ömründə hər alanda başarısız olduğunu göstəribdir. Yəni nə ad və ideoloji altında olursa olsun ölkəyi doğru düzgün idarə eləməyə gücü yetmirsə fəlakət səbəbidir və bunu da millətlər bütün propagandalarına rəğmən öyrənirlər. Habelə İran İslam Cumhuriyətinin etdikləri də dedikləriylə uyuşmur. Yəni bir tərəfdən özünü dünya məzlumları özəlliklə də Şiələrin yanındayam diyir ancaq açıq şəkildə işğalçı Ermənistanla işbirlik edir. Buna görə də millətlər Tehranın həqiqi üzünü gördükdən onra ondan daha da uzaqlaşırlar. İkinci önəmli məsələ də Güney Azərbaycan faktorudur. Güney Azərbaycanda millət ayılıb öz haqları qonusunda bilgiləndikcə İranın işi daha da çətinləşir. Habelə İran Türklərinin təcrübəsi Türkiyə və Azərbaycanda da millətin gözünü açır. Elə ona görə də İran hər daim çalışır Güney Azərbaycanın səsini bastıra və özəlliklə dünyaya yayılmasının önünü kəsir. Ancaq anlaşılan yeni dönəmdə artıq Azərbaycan cumhuriyyəti İrana fürsət verməyəcək və İran hakimiyyətinin həqiqəti ged gedə daha da ortaya çıxacaq və zəifləyəcək.

Related Articles

Bir cavab yazın

Back to top button