İran

Mehdi Samini kitabxanaların sayının artırılmasının zəruriliyindən danışıb

Sava vilayətinin Ümumi Kitabxanalar Əncüməni dey ayının 1-də toplantı keçirib. Toplantıda Mərkəzi Əyalətin Ümumi Kitabxanalar Baş İdarəsinin müdiri Mehdi Samini də iştirak edib. O, bildirib ki, Sava və Zərəndiyyə vilayətlərinin Ümumi Kitabxanalar Əncümənləri ölkə üzrə üstün əncümənlər sırasında yer alıb. Saminin sözlərinə görə, Avə və Yelabad şəhərinin sakinləri kitabxana tikilməsini istəyirlər. Lazımi məkanın ayrılması ilə bu müşküllər həll ediləcək. O, əyalət üzrə kitab oxuyanların sayının az olması məsələsinə də diqqət çəkib. Bildirib ki, adambaşına düşən kitabxana məkanlarının sayı artırılmalıdır. Mərkəzi Əyalətdə 73 kitabxana var. Ancaq əhalinin ödənişsiz olaraq kitab oxumağa belə marağı qalmayıb. Məlumata görə, Avə şəhərində kitabxananın tikilməsi üçün bir xeyriyyəçi tərəfindən 500 mürəbbə-metr yer ayrılıb. Bu ərazinin təhvilindən sonra lazımi büdcə ayrılacaq və işlərə başlanılacaq. Samini vurğulayıb ki, gələn ilin büdcəsindən kitabxananın tikintisi üçün vəsait ayrılmalıdır. Əşrəfian, Yelabad şəhərlərində kitabxananın tikilməsi üçün 3 yer nəzərdə tutulub.

Related Articles

Bir cavab yazın

Back to top button