Dünya

Bu ərazilərdə aktiv döyüş əməliyyatları gedir – İsrail

Qəzza zolağı ilə sərhəddə altı ərazidə aktiv döyüş əməliyyatları davam edir.

bu barədə İsrail ordusunun mətbuat katibi Daniel Haqari məlumat verib.

O, Beeri, Kfar-Aza, Nirim və Alumimdə döyüşlərin davam etdiyi qeyd edib.

Haqarinin sözlərinə görə, gecə ərzində 70-ə yaxın düşmən döyüşçü Beeriyə daxil olub:

“Onların əksəriyyəti İsrail Müdafiə Qüvvələri ilə döyüşlərdə məhv edilib, lakin bəziləri hələ də evlərdə gizlənir”.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS “İslami-Cihad”la birgə İsrailə qarşı “Əqsa tufanı” əməliyyatına başlayıb. Nəticədə çoxsaylı insan ölüb və yaralanıb.

İsrail ordusu cavab tədbirləri görür.

Related Articles

Bir cavab yazın

Back to top button