BölgəDünyaİran

İrana bağlı yaraqlılar Suriyada evləri müsadirə edirlər

Son günlərdə Sepahın Qüds Qüvvələri tərəfindən Suriyanın Deyr əz-Zor və Əlbukamal bölgəsinin sakinlərinə məxsus azı 60 ev müsadirə edilib. Evlərin rejimə bağlı xarici silahlı qrupların üzvlərinə verildiyi bəlli olub. Məsələ ilə bağlı “Anadolu” xəbər ajansının marsın 23-də yayımladığı raporda bilgi verilib. Raporda deyilir ki, Sepah və İranın bu nizami quruma bağlı xarici terror qrupları sözügedən yaşayış məntəqələrindən hava hücumlarından qorunmaq üçün istifadə edirlər. Müsadirə edilən evlərin əksəriyyəti iç savaş nəticəsində başqa ölkələrə gedən Suriya vətəndaşlarına aiddir. Qeyd edilənə görə, Əsəd rejimi Suriya hökumətinə dəstək vermək məqsədilə döyüşən bəzi xarici terrorçulara vətəndaşlıq verib. Beləliklə, evlərin müsadirəsi asanlaşıb. Bildirək ki, Sepah və ona bağlı xarici terror qüvvələrinin Deyr əz-Zordakı mövqelərinə davamlı olaraq İsrail, Amerika və bəzən kimliyi bilinməyən döyüş uçaqları tərəfindən zərbələr endirilir.

Related Articles

Bir cavab yazın

Back to top button