İran

“POROTOKOLLAR XALQ TƏRƏFİNDƏN İCRA OLUNMALIDIR!”

 

Həsən Ruhani Korona sitadı iclasında, məscid və pasajların açılması və məhdudiyyətlərin azalmasını vurğulayaraq bildirib ki, xalq özü protokollara riayət etməlidir.
“Məscidlər bütün ustanlarda açılacaq və pasajlarda isə axşam 6-dan sonrakı məhdudiyyətlər qaldırılacaq”, – deyə bildirib.
Məhdudiyyətlərin azalması bir halda baş verir ki, son günlərdə hər gün 2000 nəfərdən artıq virusa tutulma halı qeydə alınır.
Hərirçinin sözlərinə görə, millətin evdə qalmağa inamı yüzdə 80-dən yüzdə 32-yə, koronadan qorxma isə yüzdə 70-dən yüzdə 34-ə enib.
Bunlara baxmayaraq, Həsən Ruhani bugünkü korona sitadı iclasında, “ölkənin bəzi bölgələrində millət fəaliyyəti adi günlərə qayıdıb ki, bu da ölkəmizin gələcəyini riskə sala bilər.”
Başqa bir tərəfdən isə Tehran şəhərinin muavini Mənaf Haşimi məhdudiyyətlərin azaldılması barədə də danışıb. “Şənbə günündən başlayaraq Tehranda mask taxmaq icbari olacaq. Maskı olmayanlar isə metroya buraxılmayacaq”, – deyə əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button