İqtisadiyyat

Neft tələbat və COVID-19-a qarşı vaksin üzrə nikbinlik fonunda bahalaşır

Dünya bazarında neft qiymətləri bazar ertəsi səhər saatlarında yüksəlir.

Bunu ticarət sövdələşmələri göstərir.

Belə ki, Bakı vaxtı ilə saat 08:57-yə olan məlumata görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 0,78% artaraq bir barel üçün 50,36 ABŞ dollarına, WTI markalı neftin yanvar fyuçersləri isə 0,73% artaraq bir barel üçün 46,91 ABŞ dollarına çatıb.

Koronavirusa qarşı peyvənd xəbərləri iqtisadi gözləntiləri dəstəkləməyə davam edir və bu da neftə tələbatla bağlı proqnozlara təsir göstərir.

ABŞ Prezidenti Donald Trampın daha əvvəl söylədiyi kimi, qida və dərman məhsullarının keyfiyyətinə sanitar nəzarət idarəsi olan Qida və Dərman Administrasiyası (FDA) “Pfizer”in koronavirusa qarşı peyvəndini təcili hallarda istifadə üçün təsdiqləyib. Tramp həmçinin amerikalıları “Pfizer” və “Moderna”nın hazırladıqları peyvəndlərin təhlükəsizliyinə əmin edib.

Avropa da peyvəndləmə planları barədə məlumat verilib. Həftəsonu Almaniya kansleri Angela Merkel Almaniyada və Avropa İttifaqında koronavirusa qarşı peyvəndləmənin vaksinin lisenziyalaşdırılmasından bir neçə gün sonra başlayacağını açıqlayıb. Merkelin bunun dekabrın 29-dan gec olmayaraq baş verəcəyini də söyləyib.

Related Articles

Bir cavab yazın

Back to top button