İran

Şərqi Azərbaycanda sel və daşqın gözlənilir

Şərqi Azərbaycan Ustandarisinin Böhranların İdarə Olunması baş müdiri kəskin hava şəraiti ilə bağlı bildiriş edib. Məhəmməd Bağır Hünərbərin sözlərinə görə, fərvərdin 2-si axşam saatlarından etibarən şənbə gününə qədər güclü yağış yağacağı gözlənilir. Nəticədə əyalətdə daşqın və sel ola bilər. Bu baxımdan, əhalinin çay kənarlarında toplaşmalardan çəkinməsinin gərəkliliyini bildirilib. Əhali ilə məsul sazmanların can və ya mal itkisinin qarşısını almaq üçün bildirişləri riayət etmələri istənilib. Hünərbər bildirib ki, əyalətin Havaşünsalıq Baş İdarəsi və ona bağlı idarələr tərəfindən 3 dəfə hava dəyişikliyi barədə bildiriş edilib. “Yağıntı toplusunun əyalətə keçməsi ilə çərşənbə günü səhərdən axşamadək kəskin külək əsəcək. Yağış yağacağı, ildırım çaxacağı, qasırğa olacağı barədə bilgi verilib. Növbəti gün yüksəkliklərə qar yağacaq, havanın tempratoru enəcək. Ümumi keçidləri su basa bilər”,-deyə Şərqi Azərbaycan Ustandarisinin Böhranların İdarə Olunması baş müdiri diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button