İran

“SEPAH utan, ölkəni rahat burax!” – Tehranda etirazlar başladı – VİDEO

Tehranda etiraz aksiyaları başlayıb.

Anadolu Agentliyinə istinadən xəbər verilir ki, paytaxtdakı Əmir Kəbir Üniversitetinin önündə İranın vurduğu Ukrayna Hava Yollarına aid sərnişin təyyarəsində həyatını itirən insanların xatirəsinə təşkil olunan aksiyada rejim əlehinə şüarlar səsləndirilib.

Etirazlarda “Diktatora ölüm!”, “Yalançılara istefa!”, “Silahlı Qüvvələrin Ali  Baş Komandanına (Ayətullah Əli Xameneyi) istefa!”,  “SEPAH utan, ölkəni rahat burax!”, “Mənə fitnəçi demə, fitnəçi sən özünsən” şüarları səsləndirilib.

İran polisi səsləndirilən şüarlardan sonra izdihama müdaxilə edib. Polis aksiya yerinə gedən yolları bağlayıb və vətəndaşların o tərəfə doğru getməsinə icazə verməyib.

 

Related Articles

Bir cavab yazın

Back to top button