İran

Ərdəbildə dərman bitkilərinin istehsalı zəifləyib

Ərdəbil Əyaləti dərman bitkilərinin becərdilməsində zəif nəticə göstərir. Buna səbəb müvafiq istiqamətdə bərnamələrin hazırlanmamasıdır. Bunu Ərdəbil Əyaləti Dərman Bitkiləri Əncüməninin rəisi Seid Şiva Əsbəqian deyib. Onun sözlərinə görə, əyalətdə dərman bitkiləri sənayesinin inkişafı üçün lazımi potensial mövcuddur. Qurum rəsmisi bildirib ki, bu sahənin gəlişdirilməsi üçün himayələr yetərincə deyil.
“Bu sahədə uğur qazanmaq üçün, bütün təməl işlər və alt quruluşlar icra olunmalı, düzəlişlər edilməlidir. Düzgün bərnamə cızılmasa bu sahə məhv ola bilər ”, – deyə Seid Şiva Əsbəqian vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button