Dünyaİran

Amerika iki İran casusuna sanksiya tətbiq edib

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin ildönümü ərəfəsində ABŞ hökuməti İranın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinin iki agenti Məcid Dəstcani Fərahani və Məhəmmədmehdi Xanpur Ərdəstaniyə sanksiya tətbiq edib.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin məlumatına görə, adları çəkilən iki İran casusu ABŞ-də müxtəlif əməliyyatlar, o cümlədən indiki və keçmiş hökumət rəsmilərinə qarşı sui-qəsdlər həyata keçirmək üçün insanları əməkdaşlığa cəlb ediblər.

Qeyd olunub ki, ETTELAAT agentləri SEPAH-nin Qüds qanadının öldürülmüş komandanı Qasım Süleymaninin qisasını almaq istəyiblər.

Related Articles

Bir cavab yazın

Back to top button