AzərbaycanDünyaİran

İsa Türkoğlunun dünaya anadili günü mərsimində danışığı

Hər vaxtınız xeyir Xanımlar və Cənablar, əziz dostlar. ATAY cəmiyyətinin təşkil etdiyi Azərbaycan Mədəniyyət Günü – Dünya Ana Dili Günü mərasiminə xoş gəlmisiniz. Mənim adım İsadır və mən 2007-ci ildən İngiltərədə yaşayıram. Mən, Azər-Türk Asossosiyası Yorkşayə Cəmiyyətinin rəhbəriyəm. Mın Cənubi Azərbaycanın paytaxtı Təbriz şəhərində doğulmuşam.
Sizlərin də bildiyi kimi İran çoxmədəniyyətli, çoxmillətli və çox dilli ölkədir. Orada, türklər, ərəblər, bəluclar, türkmənlər, kürdlər və farslar yaşayır. Deyə bilərm ki, İran əhalisinin 70%-i qeyri-fars millətləridir. 40% türklər də daxil olmaqla həmin 70% qeyri-fars millətlər öz ana dillərində oxuyub yazma hüququndan məhrum ediliblər.
Bugün burada Əhvaz Ərəb cəmiyyətinin, türkəmın, qaşqay və kürd cəmiyyətinin nümayəndələri iştirak edirlər.
ATAY cəmiyyəti 2008-ci ildə yaradılıb. Həmin tarixdən indiyədək ATAY futbol, dağ gəzintiləri, ətraf mühitin mühafizəsi, insan haqları, mədəniyyət günləri, Ana dili günləri kimi müxtəlif mərəsimlər və musiqi, rəqs, İngiltərədə yaşayış,kompyuter, dil və şeiriyyat dərsləri həyata keçirmişdir.
2009-cu ildə Dünyanın ikinci ən böyük duzlu suyu olan Urmu gölünün mühafizəsi üçün Urmu gölünü qoru” adlı ətraf mühit kampaniyası keçirdik. İran Molla rejimi gölü qurudulmasında iki məqsəd güdür. Onlardan birincisi, həmin ərazidə yaşayan 15 milyondan çox insanı ordan köçürmək, hansıki biz bunu assimilasiya adlandırırıq. İkincisi isə, Urmu gölündə olan lithium kimi mühüm kimyəvi maddəni istehsal edərək Rusiya və Çinlə həmin maddənin ticarətini etmək.
İnsan haqlarının müdafiəsinə görə ATAY’ın həyata keçirdiyi ən önəmli işlərdən biri kimi, Səkinə Məhəmmədi Aştiyanın daşqalanaraq edam edilməsinin qarşısını almaq üçün keçirdiyimiz kampaniyanı deyə bilərəm. O, fars dilini bilmədiyi üçün məhkəmənin qərarı ilə razılaşmışdı. Lakin bizim həyata keçirdiyimiz bu kampaniya və xüsusilə Beynəlxalq Amnestiya təşkilatının köməyilə o azad oldu çünki o günahsız idi.
Biz Lidz şəhərində Səkinə Məhəmmədi Aştiyani və ana dilində thsil almaq istədikləri üçün həbs olunun digər siyasi fəalların azadlığı üçün böyük etiraz yürüşü etdik.
Onu da bildirim ki, biz Amnestiya Lids təşkilatınln dəstəyilə, ana dilində təhsil almaq istədiyi üçün həbs olunan Səid Mətinpur üçün omza kampaniuası keçirdik. Yuxarıda qeyd olunan hər iki hal ana dilində təhsil istəyinə bağlıdır və insan hüquqlrının tapdalanmasıdır və rasizimdir.
2006-cı ilin May ayında Cənubi Azərbaycanın Təbriz və digər Türk yaşayan şəhərlərində İran Molla Rejiminə və Rasizmə qarşı böyük etirazlar oldu. Onlarla insan öldürüldü, yüzlərlə soydaşımız yaralandı və minlərlə insanımız həbs edildi. Bu etirazlardan sonra biz “İranda yaşayan Azərbaycanlılar haqqında qısa hesabat” adlı məlumat kitabçalarını nəşr etdirdik və İngiltərə və digər ölkələrdə yaşayan müxtəlif Millət vəkillərinə, bələdiyyə başçılarına və bir çox siyasətçilərə göndərdik.

İngiltərə kitabxanalarında İrandan gətirilən və fars dilində olan bir neçə kitablar var idi ki, onların içində biz türklərə qarşı aşağılayıcı və təhqiredici məzmunlar vardı. Rəhmətlik Proffessor Qulamrza Səbri Təbrizinin köməkliyi ilə biz kitabxana sisteminə şikayət yazdıq və həmin kitabların İngiltərə kitabxanalardan yığışdırılmasına müvəffəq olduq.

Həmçinin məşhur Şeyx Səfi Xalçası Londonda yerləşən Britaniya Viktoriya-Albert muzeyində səhvən Fars xalçası adı ilə təqdim olunurdu. Çox mücadilədən sonra biz məşhur Ərdəbil Şeyx-Səfi xalçasının öz doğma adına qaytarılmasına və öz adı ilə təqdim olunmasına nail olduq.
ATAY cəmiyyəti olaraq, Traktor İngiltərə adlı komandamızla, müxtəlif futbol turnamentlərində iştirak etmiş 11 kupa qazanaraq özümüzü və ana vətənimizi digər cəmiyyətlərə tanıtmaq şansımız olub.
Qeyd etmək istəyirəm ki, bizim xalqımız 1828-ci ildə Çar Rusiyası ilə Qacar imperiyası arasında imzalanan Türkmənçay müqaviləsi əsasında iki yerə bölünmüşdür.
Həmin müqavilədən sonra, Çar Rusiyası süquta uğradıqdan sonra Şimalı Azərbaycan müstəqillik qazanmış, Cənubi Azərbaucan isə Pəhləvilər və Molla Rejiminin əsarəti altında assimilasiyaya uğramaqdadır.

Nəinki bizim şəhərlərimizin, dağlarımızın, kəndlərimizin və çaylarımızın milli adları fars dilinə dəyişdirilərk assimilasiyaya uğradılır, hətta biz öz uşaqlarımıza belə öz ana dilimizdə ad qoymaqdan məhrum edilmişik.
İran əhalisinin 40%-ni təşkil edən və İran ərazisində yaşayam 35 milyondan çox Azərbaucan Türkünün öz ana dilondə oxuyub yazma hüququ yoxdur. Bu proses Pəhləvilər dönəmində olmuş və hazırda Molla rejimi dönəmində də davam etdirilir.

Buna görə də bizim xalqımız nə Şah istəyir nə də Şeyx! Biz Azadlıq, Ədalət və Milli Hökumət istəyirik!

Biz İranda rasizmin və irqçiliyin sona çatmasını istəyirik.

Biz İranda Assimilasiya və Zülmün sona çatmasını istəyirik.

Biz demokratiya istəyirik, biz azadlıq, insan haqları və Milli Dövlətçilik istəyirik.

İndi isə mən məşhur Azərbaycan şairi Bulut Qaraçoğlu Səhəndin İngilis dilinə tərcümə olunmuş şeirini oxumaq istəyirəm.

Mən demirəm “üstün nəjad”danam mən,
Demirəm, ellərim ellərdən başdı.
Mənim məsləkimdə, mənim yolumda…
Millətlər hamısı dostdu, qardaşdı.
Çapmaq istəmirəm mən heç milləti Ancaq bir sözüm var: məndə insanam,
Dilim var, xalqım var, yurdum – yuvam var.
Yerdən çıxmamışam göbələk kimi,
Adamam haqqım var, elim – obam var

Sonda mən Beynəlxalq Amnestiya təşkilatının nümayəndəsini səhnəyə dəvət edib İranda həbs olunan Azərbaycan türklərinin siyahısını ona təqdim etmək istəyirəm.

Təşəkkür edirəm.

 

Related Articles

Bir cavab yazın

Back to top button