Azərbaycan

Milli fəal Rza Vasiqi məzuniyyətə buraxılıb

Ərdəbil zindanında iki illik məhkumluq dövrünü yaşayan Güney azərbaycanlı milli-mədəni fəal Rza Vasiqi məzuniyyətə buraxılıb.

Girov qarşılığında məzuniyyət hüququndan istifadə etməyə nail olan mili fəal fevralın 14-dən 25-dək məzuniyyətdə olacaq.

Fevralın 13-ü başqa milli fəal,  Rza Vasiqinin qardaşı və eyni ittihamlarla Ərdəbil zindanıda saxlanılan Əli Vasiqi də 50 milyon tümən girov qarşılığında 3 günlük məzuniyyətə buraxılıb.

Rza və Əli Vasiqi qardaşları 2020-ci il iyun ayının 10-da Ərdəbil şəhərindəki iş yerlərinə təhlükəsizlik məmurlarının hücumu nəticəsində saxlanılıb.

Saxlanılma zamanı onlar məmurlar tərəfindən zorakılığa məruz qalıb və döyülüb.

Gecə bülletenləri çap edib yaymaqla “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməyə cəhd”də ittiham edilən milli fəallar iki il həbsə məhkum ediliblər.

Related Articles

Bir cavab yazın

Back to top button