Azərbaycan

Təbrizdə etiraz aksiyası keçirilib

Təbrizdə “Azərşüşə” şirkətinin işçiləri etiraz aksiyası keçirib. Onlar əmək haqlarının verilməməsinə etiraz ediblər.

Zavodun qarşısına toplaşan narazılar əmək haqlarının az olduğunu bildirib. İşçilər bildirib ki, maaşlarla yanaşı digər ödənişlərlər də verilmir.

Qeyd edək ki, bundan öncə də adıçəkilən şirkətin işçiləri oxşar problemə görə dəfələrlə etiraz və tətil aksiyasına əl atıblar.

Şirkət rəhbərliyinin problemlərin həlli və əmək haqlarının ödənilməsi ilə bağlı verdiyi vədlərin heç biri yerinə yetirilmədiyi üçün işçilər növbəti dəfə işi dayandırıb və aksiya keçirməyə məcbur olublar.

Related Articles

Bir cavab yazın

Back to top button