İran

Müxalif bəluç din xadimi Bəndər-Abbas həbsxanasında öldürülüb

Bəluç fəalların verdiyi məlumata görə, iki ay bundan öncə həbs edilən İran hökumətinə müxalif sünni din xadimi Musa Rəhimi Bəndər-Abbas zindanında şübhəli şəkildə ölüb.

Bu barədə bəluç fəalları məlumat yayıb. Məlumatda bildirilir ki, “Molla Musa” kimi tanınan Sirk şəhərinin Mehmani kəndinin cümə imamı Musa Rəhimi bundan öncə orucluq bayramında İran hökumətini sərt tənqid etdiyi üçün saxlanılmışdı.

Həbsdən bir neçə gün sonra bəluç fəallar və insan haqları təşkilatları Musa Rəhiminin işgəncəyə məruz qaldığını və durumunun ağır olduğunu bildirmişdilər.

Məlumatda bildirilirdi ki, ondan məcburi etiraflar almağa çalışıblar.

Sünni din xadiminin ölüm xəbəri ilə bağlı məlumatlarda onun işgəncə altında öldürüldüyü bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button