İran

İranda xüsusi dəstənin zabiti öldürüldü

Onun Xosasan-i Rəzəvi əyalətində öldürüldüyü bildirilir.

İranın Xorasan-i Rəzəvi əyalətinin polis başçısı Məhəmmədkazım Təqəvi fevralın 27-də mediaya verdiyi açıqlamada qarşıdurma zamanı üsusi bölmənin zabitinin öldürüldüyünü deyib.

Təqəvi qarşıdurmanın bazar günü Məşhəd şəhərinin ətraf məhəllələrindən birində baş verdiyini söyləyib və zabitin “quldurlar” tərəfindən qətlə yetirildiyini iddia edib.

Onun sözlərinə görə, zabit iki motosikletçini saxlayıb və onlardan sənədlərini istədikdə, saxlanılanların hüumuna məruz qalıb və ağır pıcaq yaraları aldığı üçün həyatını itirib.

Polis komandiri xüsusi bölmənin zabitinin cümə günü vurulduğunu, bazar günü səhər tezdən isə Məşhəd xəstəxanasında keçindiyini söyləyib.

Hücumçuların kimliyi barədə məlumat verməyən Təqəvi onların saxlanılması üçün tədbirlər görüldüyünü deyib.

Related Articles

Bir cavab yazın

Back to top button