İran

Rusiyanın böyük avtomobil istehsalı şirkəti İranı ehtiyat hissələri göndərməyə çağırıb

İranın Avtomobil Ehtiyat Hissələri Birliyinin üzvü Hüseyn Bəhreynian "İRNA" ajansına açıqlamasında Rusiyanın mühüm avtomobil istehsalı şirkətlərindən birinin İrandan bu ölkəyə avtomobillərin ehtiyat hissələrini göndərməsini istədiyini bildirib.

Onun iddiasına görə, İranın daxili avtomobil istehsalçıları Rusiyanın böyük avtomobil şirkətinə mal ixrac etmək imkanı əldə edib. Lakin o, söhbətin hansı Rusiya istehsalçısından getdiyinə aydınlıq gətirməyib.

Bundan əvvəl mediada Rusiyanın “Lada” avtomobil istehsalı şirkətinin sanksiyalara görə istehsal fəaliyyətini dayandırmasına dadır xəbərlər yayılıb.

Qeyd edək ki, İran hakimiyyəti Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra təklənən Moskvanın yanında yer almağa, Ukraynada isə minlərlə dinc vətəndaşın öldürülməsinə, habelə milyonlarla insanın öz yurdlarından didərgin düşməsinə səssiz qalmağa davam edir.

Related Articles

Bir cavab yazın

Back to top button