Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

Tramp siyasi reklama nə qədər pul xərcləyib?

Amerikanın hazırkı prezidenti Donald Trampın timi quql, yutub və başqa platformalarda siyasi reklama 64,7 milyon dollar xərcləyib. Məlumata görə, Trampın seçkiqabağı internet-reklam xərcləri rekord həddə çatıb. Bu xərclər Amerika Demokrat partiyasından namizədliyini irəli sürmək istəyən Nyu-Yorkun sabiq meri Maykl Blumberqin xərclərini də ötüb.
Bildirilir ki, 2018-ci ilin 31 meyindən “Trampın “Amerikanı Yenidən Möhtəşəm Etmək” komitəsi və onun seçkiqabağı qərargahı internet-reklama 37,23 və 27,49 milyon dollar məvacib ayırıb. Qeyd edək ki, Nyu-Yorkun sabiq şəhrdarı Blumberq internetdə reklama 62,19 milyon dollar xərcləmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button