Dünya

Sarıkamış faciəsindən 106 il ötür

Bu gün 60 mindən çox türk əsgərinin şaxtadan donaraq şəhid olduğu Sarıkamış faciəsindən 106 il ötür. Osmanlı dövləti Rusiya imperiyasının nizami təcavüzünü dəf etmək məqsədilə 1914-cü il desambrın 22-dən 1915-ci il janviyənin 15-dək Türkiyənin şərqində Sarıkamış əməliyyatına başlayır. Birinci Dünya savaşı zamanı həyata keçirilən bu əməliyyat Türkiyə tarixinə “Sarıkamış hərəkatı” olaraq həkk olunur. Osmanlı İmperiyasının jeneralı Həsən İzzətin fərmandehlik etdiyi III Ordu Şərqi qorumaqla vəzifələndirilir. Planın icraçıları isə III Ordunun IX, X və XI Ordu bölmələri və II Süvari tüməni idi. III Ordunun qərərgahı və IX Ordu bölməsi Ərzurum qalasında, XI Ordu bölməsi Elazığ qalasında, X Ordu bölməsi isə Sivasda yerləşir. Türkiyənin şərqində yerləşən “Allahu-Əkbər” dağında şaxtalı hava şəraiti ilə ilgili Osmanlı ordusu çoxlu sayda itki verir. Nizamilər aclıqdan və dəhşətli şaxtadan donaraq həyatlarını itirir. Türk xalqına sarsıdıcı zərbə olan bu faciə Osmanlı dövlətinin Birinci Dünya savaşında məğlub olmasının əsas səbəblərindən biri kimi qəbul edilir. Sarıkamış savaşı Rusiya İmperiyası ilə Osmanlı İmperiyası arasında Birinci Dünya savaşı dövründə Sarıqamış bölgəsində baş vermiş ən dəhşətli nizami münaqişə kimi tarixə düşür. Tarixi mənbələrə əsasən, türk ordusu Rusiya nizamilərindən sayca çox olsa da, ruslar ağır silah, topçu və təchizat baxımından ciddi bir üstünlüyə sahib olub. Sarıkamış əməliyyatından sonra Türkiyənin Şərq hissəsi rus ordusunun işğalına, Qars və Ərzurum əhalisi isə rus və ermənilərin kütləvi qırğınına məruz qalır. 106 il öncə baş vermiş faciədə həyatlarını itirmiş Türk əsgərlərini böyük ehtiramla yad edirik!

Related Articles

Bir cavab yazın

Back to top button