Azərbaycanİran

Şərqi Azərbaycanda hava çirkliliyinə görə məktəblər bağlandı

Başda Təbriz olmaqla Şərqi Azərbaycan əyalətinin bir neçə şəhərində hava çirkliliyi təhlükəli həddə çatıb.

Bununla bağlı yanvarın 3-də Təbriz, Üskü, Səhənd şəhərləri və ətraf bölgələrindəki kənd və qəsəbələrin məktəbləri tətil edilib.

Eyni halda həssas yaş qrupuna mənsub insanların, uşaqların, hamilə qadınların və ürək-damar, tənəffüs  problemi olan şəxslərin evdə qalmaları istənilib.

Qeyd edək ki, son həftələr Təbrizdəki istilik elektrik stansiyasında mazut yandırılması şəhərin havasının çirklənmə səviyyəsinin artmasına səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button