İran

BMT nümayəndəsi İrandan insan haqları fəallarına qarşı uzun müddətli həbs cəzalarını dayandırmağı tələb edib

“İranın Zindanlar İdarəsi məhbusların əmniyəti, sağlamlığı və canını təhlükə qarşısında qoyur”.

Bu sözləri Birləşmiş Millətlər Təşkilatının insan haqları fəalları üzrə xüsusi nümayəndəsi Mari Lavlor İranda insan haqları fəallarına qarşı uzun müddətli həbs cəzalarının verilməsi ilə bağlı yaydığı tənqidi açıqlamada bildirib.

O, İrandan bütün insan haqları fəallarını azad etməyi tələb etməklə yanaşı, onları susdurmaq üçün uzunmüddətli həbs cəzaları çıxarmaq prosesini də dayandırmasını istəyib.

BMT-nin nümayəndəsi bu yöndə qadın, uşaq, məhbuslar və fəhlələrinin hüquqlarını, eləcə də azad söz və toplaşma azadlığı və azlıqların haqlarını müdafiə edənləri sadalayaraq, bu şəxslərə işgəncəyə məruz qalmadan ədalətli mühakimə olunmaq haqqı verilməli olduğunu deyib və onların ağır şəraiti olan zindanlarda uzunmüddətli həbs cəzasına məhkum edilmək təhlükəsi ilə üz-üzə olduqlarını qeyd edib.

Mari Lavlor sonda İran hökumətinin qadın haqları fəallarına qarşı da uzunmüddətli həbs cəzaları verməsi, eləcə də onların özləri və ailələrinə basqısını kəskin qınayıb.

Qeyd edək ki, İran hökuməti güney azərbaycanlı insan haqları fəallarına qarşı da qeyri- insani davranış sərgiləyərək onları ailələri ilə ilgi qurmaq, tibbi xidmətlərdən yararlanmaq və başqa bu kimi haqlarından məhrum edir.

Related Articles

Bir cavab yazın

Back to top button