Azərbaycan

“Arabnews”: Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələr möhkəmlənir

Səudiyyə Ərəbistanının ingilis dilində nəşr olunan “Arabnews” qəzetində Pakistan, Azərbaycan və Türkiyə Xarici İşlər vəzirlərinin İslamabadda keçirdikləri üçtərəfli görüş barədə məqalələr dərc edilib. Yazılarda İslamabad, Ankara və Bakı arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə önəmli yer verilib. “Azərbaycan və Pakistan örnək əməkdaşlığı genişləndirir” və “Pakistan, Azərbaycan və Türkiyə üçtərəfli görüşdə islamdan çəkinmə ilə mübarizə üzrə razılığa gəliblər” sərlövhəli məqalələrdə Bakı ilə İslamabad arasında dostluq və qardaşlıq ilgilərinin möhkəmlənməsindən söz açılıb. Habelə Azərbaycan, Türkiyə və Pakistan Xarici İşlər vəzirlərinin görüşünün yekunlarından bəhs edilib.
Bundan başqa, Səudiyyə Ərəbistanının SPA rəsmi məlumat ajansının saytında İslam Konfransı Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş müdirinin Azərbaycan Prezidenti İlham Əliyev və başqa rəsmi şəxslərlə görüşünə də diqqət çəkilib. Qeyd edilib ki, təşkilatın nümayəndə timi işğaldan azad edilmiş ərazilərdə tarixi-mədəniyyət abidələrini ziyarət edib.

Related Articles

Bir cavab yazın

Back to top button