AzərbaycanDünyaİran

Güney azərbaycanlılara dəstək ilə bağlı qalmaqal: İsrail naziri ölkəsini biabır etdi

32 israilli deputatın güney azərbaycanlıların istək və narahatlıqlarına beynəlxalq müstəvidə dəstək verilməsinə dair XİN rəhbərinə ünvanlanan çağırışın təşkilində iştirak edən Azərbaycanın yəhudi icması bir sıra deputatları imzalarını geri çəkməyə məcbur etməsinə görə kəşfiyyat naziri Qamlieli kəskin tənqid edib.

“O, İsraili biabır etdi”, – Bakıdakı sefard gürcü icmasının rəhbəri, ravvin İsayevin İsrailin xarici işlər naziri Koenə göndərdiyi qəzəbli məktubuna istinad edərək İsrailin Kikar.co.il dini nəşri bildirib. Ravvin nazirə Bakıya səfəri zamanı aralarındakı söhbəti xatırladıb və ondan Qamlielin yaratdığı problemi həll etməyi xahiş edib.

Bir neçə gün əvvəl parlamentdə 32 dostumun İran hakimiyyətinin ölkədəki azərbaycanlı azlığa qarşı mədəni məhvetmə siyasətindən dərin narahatlığını ifadə edən müraciəti imzalanıb. Azlıq nümayəndələrinin rejimə qarşı etiraz aksiyalarında fəal iştirakı səbəbi ilə orada təqiblər güclənib. Məktubun mətnindən aydın olurdu ki, söhbət İranın ərazi bütövlüyündən deyil, insan haqlarından gedir. 

Lakin SEPAH saxtakarlıqla sənədə separatçı niyyətin olduğuna işərə edərək bu müraciətə qarşı çıxdı və hətta bunu sürgündə olan şah Pəhləvinin varisinin İsrail səfəri ilə əlaqələndirdi”, – ravvinin məktubunda qeyd olunur.

Göründüyü kimi, şahzadə məktubu oxumayıb və “məktubu imzalayanları separatizmi təşviq etməkdə günahlandıran saxta İran təbliğatı əsasında onu pisləməyə tələsdi”.

Sonra isə inanılmaz hadisə baş verdi. Nazir Qamliel müraciətlə bağlı təşəbbüsün guya İranın ərazi bütövlüyünü pozmaq cəhdi olduğu üçün ona var gücü ilə mane olmağa başladı. Görünür, o, məktubu oxumayıb. Əgər onu oxusaydı, Rza Pəhləviyə başa salmalı olacaqdır ki, burada separatizmə heç bir işarə yoxdur, yalnız insan haqları ilə bağlı qayğı var ki, onu dəstəkləmək şah varisinin statusunu yüksəldəcəkdir”.

Ravvin yekunlaşdırdı: “Təəssüf ki, nazir Qamliel məktubu imzalayanların bəzilərini açıq şəkildə imzalarını geri götürməyə məcbur etdi və beləliklə, mətni diqqətlə oxumadığı üçün İsrailin tərəfdaşları qarşısında rüsvay etdi. Bu vəziyyəti düzəldə bilsəniz, sizə minnətdar olaram”.

AZfront-un verdiyi xəbərə görə, Qamlielin təzyiqi ilə 32 deputatdan 25-i müraciətdən imzalarını geri götürüblər. Bəzi deputatların imzalarını geri götürmələrinə baxmayaraq, onların XİN rəhbərinə müraciəti artıq mühüm rol oynayıb. Bu mövzu İsrail, İran, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan və Qərbdəki nüfuzlu yəhudi nəşrlərində böyük rezonans yaradıb. Bu, güney azərbaycanlıların problem və arzularının beynəlxalq səviyyədə müzakirə olunmasını təmin etdi və dünya ictimaiyyətini İranda çoxmilyonlu milli azlığın zülmü barədə məlumatlandırdı.

Related Articles

Bir cavab yazın

Back to top button