Azərbaycan

“Yeni dəhliz bölgənin inkişafına əhəmiyyətli təkan verəcək”

İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında martın 11-də Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyətini vurğulamaq istərdim”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, yeni kommunikasiya bağlantıları ümumilikdə bölgənin inkişafına töhfə verəcək: “Ötən il istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı, Zəfər yolu, hazırda inşası aparılan Zəngilan və Laçın beynəlxalq hava limanları və digər mühüm avtomobil, dəmir yol və sosial infrastruktur layihələrinin bölgənin inkişafına əhəmiyyətli təkan verir”.

Baş nazir işğaldan azad olunmuş torpaqlarda aparılan bərpa və qurucluq işlərindən də danışıb.
“Bu il 40 min hektardan çox ərazinin minalardan təmizlənməsi planlaşdırılır”.

Onun sözlərinə görə, azad edilən ərazilərin kənd təsərrüfatı potensilaı da Azərbaycanın inkişafı üçün mühüm əhəmiyyət daşıyır: “Azad edilmiş ərazilərin 100 min hektarında əkin işləri aparılması ilə bağlı Prezident tərəfindən tapşırıq verilib”.

Related Articles

Bir cavab yazın

Back to top button