İran

Ələhvazda susuzluğa qarşı etiraz aksiyası səngimir

Ələhvaz əhalisinin susuzluğa qarşı etirazlarının ardında bu əyalətin şəhərlərində minlərlə özəl polis quvvələri və əmniyət məmurlarının göndərilməsinə baxmayaraq, Xəfaciyyə, Şadeqan, Kut Əbdullah, Həmidiyə, Ramşir, Ram hormoz, Məşur, Veys, İ:zə, Cərahi, Şavur, Dezful habelə Əba:dan ilə Əlhvaz şəhərinin böyük hissəsində çox sayda insan xiyavanlara çıxaraq etiraz edib. Ələvi məhəlləsi, Kamplı, Mendeli və Əhvaz şəhərlərinin narazı sakinləri duz günü Ələhvaz əyalətinin şəhərlərində keçirilən etirazlarda küçələrə axışaraq su qıtlığına etiraz ediblər. Yerli mənbələrin sözlərinə görə, Ələvi məhəlləsinin sakinlərinin etirazından sonra İran hökuməti etirazçıları zorla dağıtmaq üçün bölgəyə polis və Sepah qüvvələri göndərib. Ələvi məhəlləsində əmniyət və polis qüvvələri su çatışmazlığına etiraz edən insanlara gözyaşardıcı qaz eləcə də dəyənəklərlə amansızcasına hücum edərək, atəş açıblar. Əldə edilən videolardan birində, “60 metrlik” adlı küçədə bir neçə polisin birbaşa etirazçılara güllə atdığı göstərilir. Etirazların şiddətli olduğu bölgələrdə İnternet kəsintisindən xəbər verilir.
Ələhvaz etirazçıları siyasi məhbusların azadlığa buraxılmasını, ayrıseçkiliyin aradan qaldırılmasını, məcburi köç planlarının dayandırılmasını eləcə də çayların habelə sulaq ərazilərin qurudulmamasını istəyiblər.
AN.T -ə yetişən xəbərə görə bu günə dək etirazlarda dövlət məmurlarının birbaşa güölələrinin nəticəsində ölənlərin sayı 5 nəfərə yüksəlib. Etirazların davamı olduqdan yaralılarla həbs edilənlərin dəqiq sayı açıqlanmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button