Araşdırma & Təhlilİran

Xameneyiyə yaxınlaşdıqca fəsad çoxalır

Dünyada İran İslam Cumhuriyyətinin idari sisteminə bənzər bir ölkə tapmaq çətindir. İslami şəriət bir yandan və Cumhuriyyət rejimi bir tərəfdən ortaya yeni bir məsələ çıxardı. Bu ad sonralar Əfqanistan kimi ölkələrdə də sınandı, amma sonunda dağıldı və Talibanın yenidən güc qazanmasıyla bu günlərin gündəmini dəyişdi.

İranı və onun siyasi rejimini dünyadan fərqləndirən ən önəmli faktorlardan biri də Vilayəti Fəqih sistemidir. Şiə Fiqhinin özəl bir oxunuşuna görə ortaya çıxan bu tanım İslam Cumhuriyyətinin orta dirəyini oluşdurdu. Əli Xamneyi Xomeynidən sonra Rəhbərlik məqamına oturduqdan sonra İslam Cumhuriyyətini daha da genişləndirdi. Bu mənada ki ölkənin sistemi get-gedə daha çox təcrübə qazandı və hər şeydən çox da özünü qorumağı öyrəndi. Xameneyi bütün ölkənin gücünü əlində tutan biri olaraq öz ətrafında son dərəcə qarışıq bir sistem də inşa etdi. Bu sistem əslində ölkə qaynaqlarının hamısını əlində tutur ancaq heç bir işinə görə millət və qanun qarşısında cəvab verməyə hazır deyil. İran iqtisadının hardasa yüzdə 70-nin bir başa rəhbər ilə ilgidə olan şirkət və sazmanların əlində olduğunu bilinir. Əli Xameneyi bu illərdə heç bir zaman ölkənin sorunlarıyla bağlı məsuliyyət daşıdığına etiraf eləməyibdir. Yəni bu gün İranda aclıq, bahalıq və min bir müşkülün yaranmasında heç bir zaman millət və qanuna cəvab vermə ehtimalını düşünmək belə olmur. Xameneyi uzun illərlə ölkədə baş verən müşküllərdə ya xarici dövlətləri ya da dövlət məqamlarını suçlayırdı. Dövlət məqamları da bənzər modeldə olduqları məqamda yetərincə ixtiyara sahib olmadıqlarını iddia edirdilər. Bu məntiq uzun illərdir ki İran İslam Cumhuriyyətinin vaz keçilməzi halına gəlibdir. Ancaq İbrahim Rəisinin seçilməsiylə artıq klassik İslahatçı-Usulgəra çəkişməsi qalmadı. Habelə indiki durumda məclis və dövlətin tamamən Əli Xamneyiyə yaxın adamların əlində olması hakimiyyətin tam Xameneyi ətrafında görünməsinə də səbəb olubdur.

İbrahim Rəisinin birinci müavini Məhəmməd Moxber təyin edildi. Moxber Xamneyiyə çox yaxın bir şəxsdir. o hakimiyyətin fəsaddan uzaq olduğunu göstərməyə israrlıdır. Ancaq keçdiyimiz gün Moxberin oğlu Səccad Moxberin bir milyard tümənə yaxın paadaş aldığı ortaya çıxdı. Səccad Moxber 1392-ci ildə 964 milyon tüməndən çox pul təkcə paadaş adı altında Tehran bələdiyyəsindən alıbdır. Səccad Moxberin gənc yaşında Şəhrdarinin Bazneşəstəlik Sazmanından bu pulu maaşından əlavə olaraq alıbdır. Habelə gənc Moxberin bir ayrı yaxın dostu Mustafa Montəzerolməhdi-nin də 1 milyard 100 milyon tüməndən çox bənzər şəkildə pul aldığı ortaya çıxıb. 1392-ci ildə bir halda ki bir işçinin aylığı 1 milyon tümən idi və doların məzənnəsi 3 min tümən civarındaydı, Məhəmməd Moxberin oğlu bir milyard tümənə yaxın aylığından başqa ödül alıbdır. Bəlli deyil Moxber hansı xidmətinə görə bu qədər pul almağa haqq qazanıbdır. Bu fəsadlar Məhəmməd Moxber, Əli Xamneyinin əmin adamının təkcə etdiklərinin bir örnəyidir. Sadə və təmiz yaşamaq iddiasında olan İbrahim Rəisi hələ işə başlamadan ətrafındakıların fəsad xəbərləriylə üz bə üz oldu. Dünyanın harasında olursa olsun bu kimi olaylar ölkədə ciddi böhrana səbəb olar və fəsada bulaşan məqam dərhal işdən çıxarılaraq məhkəməyə verilib. Ancaq İranda bu kimi məsələlər artıq o qədər normallaşıb ki, sadəcə bir xəbərdən ibarət olur. Hakimiyyət günü gündən zənginləşir və millət daha çox gün çörəyinə möhtac qalır.

Related Articles

Bir cavab yazın

Back to top button