Dünya

Müharibədən sonra Ermənistanda gender problemi yaranıb

Müharibədən sonrakı zərbə Ermənistanda gender balansının pozulmasına səbəb olub.

Bu barədə Böyük Britaniyanın Müharibə və Sülh Araşdırmaları İnstitutu (IWPR) məlumat yayıb.

“Mütəxəssislər qeyd edirlər ki, Ermənistanda oğlan və qızlar arasında nisbətdə artan disbalansın səbəbi münaqişə və hələ də qeyri-sabit təhlükəsizlik vəziyyəti ola bilər.

Ermənistanın Statistika Komitəsinin 2022-ci ilə dair məlumatına görə, ölkədə hər 100 qıza 112 oğlan, 2021-ci ildə isə hər 100 qıza 109 oğlan düşüb.

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) məlumatına görə, standart bioloji nisbət 105 oğlan və 100 qızdır”, – təşkilat qeyd edib.

“Müharibədən əvvəl bizim kifayət qədər yaxşı göstəricilərimiz var idi, hər il azalmamız olurdu. Təəssüf ki, müharibədən sonra cəmiyyətin əhval-ruhiyyəsində və qavrayışında yenidən müəyyən dəyişiklik oldu”, – Ermənistanın səhiyyə naziri Anait Avanesyan Müharibə və Sülh Araşdırmaları İnstitutuna açıqlamasında deyib.

“Ermənistan onilliklərdir yüksək səviyyəli prenatal cinsi seçimlə mübarizə aparır. Mühafizəkar, patriarxal cəmiyyət oğlanları qızlardan daha çox qiymətləndirir və uşağın cinsiyyətini erkən mərhələdə bilməyə imkan verən texnologiya sayəsində bəzi ailələrdə qadın döl doğulduğu təqdirdə abort edilir”, – təşkilat qeyd edib.

“Bu, milli mentalitet problemidir; cəmiyyət həm burada, həm də daha geniş regionda ailənin davamı kimi oğulları qızlardan üstün tutur”, – reportun xəbərinə görə, psixoloq Sona Hovakimyan bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button