Azərbaycan

Təbriz stadionunda ana dili və Urmu gölü ilə bağlı şüarlar səsləndirilib

Sentyabrın 10-da Təbrizdə "Traxtur" və "Sənət Neft Abadan" futbol klubları arasında keçirilən görüşdə milli və ekoloji problemlərlə bağlı şüarlar səsləndirilib.

Təbrizin “Səhənd” (Yadiqari İmam) stadionuna toplaşan on minlərlə azərbaycanlı azarkeş “Urmu gölü can verir, məclis onun qətlinə fərman verir” şüarını səsləndirib.

Azarkeşləri Urmu gölünün quruması və Tehran hökumətinin bərpa işləri ilə bağlı verdiyi vədlərin yerinə yetirilmədiyini bildiriblər.

Bununla yanaşı azarkeşlər “Türk dilində mədrəsə, olmalıdır hər kəsə” şüarı səsləndirib, Azərbaycan dilinə qarşı tətbiq edilən qadağalara, təhsilin məcburi olaraq fars dilində aparılmasına və Azərbaycan dilində təhsilə icazə verilməməsinə etiraz ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button