İran

İran və Əfqanıstandakı son proseslər təhlükəli mərhələyə daxil olub

İranın Məşhəd şəhərində 3 mollaya bıçaqlı hücum və onlardan ikisinin ölməsi İrandakı əfqan mühacirlərə qarşı ictimai reaksiya dalğasının yaranmasına və vəziyyətin təhlükəli məcraya keçmsinə səbəb olub.

Belə ki, həmin üç şəxsin vurulmasından sonra İran və Əfqanıstan arasında münasibətlərin gərginləşməsi İrandakı əfqan mühacirləri daha da qorxuya salıb və onlara qarşı irqçi münasibətləri daha da adiləşdirib.

İran hökumətinin əfqan mühacirlərə qarşı sərt və alçaldıcı davranışını göstərən video və xəbərlərdən sonra İranın Əfqanıstandakı səfirlik və konsulluq binalarına hücumlar və İran bayrağının yandırılması iki xalq arasındakı münasibətləri və bununla bağlı reaksiyaları daha da kəskinləşdirib.

İran hökuməti isə həmişəki kimi yalanlara əl ataraq İranda əfqan mühacirlərə qarşı sosial mediada yayılan alçaldıcı rəftarlara aid videoların saxta yaxud ötən illərə aid olduğunu iddia edib.

Related Articles

Bir cavab yazın

Back to top button