Dünya

TRAMPIN STATUSLARINI KİM YAZIR

Amerika prezidenti Donald Tramp “Twitter” sosial şəbəkəsində onun yerinə statusların kim tərəfindən paylaşılmasından danışıb.
Bu barədə Ağ Ev rəhbəri “Full Measure” teleproqramının efirində bildirib.
Vaşinqton dəftərinin rəhbəri həmçinin paylaşımlarının hansı rejimdə edilməsindən də bəhs edib.
Trampın sözlərinə görə, səhər və gecə vaxtı evdə qısa qeydləri və ya bəyanatı o özü yazır. İşin tam sürətlə getdiyi gündüz saatlarında fikirlərini köməkçilərinə diktə edir ki, onlar statusu mikrobloqa çıxarsınlar.
“Mənim Den adlı bir köməkçim var, o, çox gözəl işləyir”, – deyə Tramp bildirib.
Qeyd edilir ki, həmin şəxs Prezident Dəftərinin Sosial şəbəkələr üzrə müdiri Den Skavinodur.

Related Articles

Bir cavab yazın

Back to top button