Azərbaycan

Azərbaycan və Türkiyə XİN başçıları Ermənistanın təxribatını müzakirə edib

13 sentyabr tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı olub.

XİN-dən verilən xəbərə görə, nazir Ceyhun Bayramov telefon danışığı zamanı, 12 sentyabr tarixində gecə saatlarından başlayaraq Azərbaycan-Ermənistan sərhədində Ermənistanın genişmiqyaslı təxribatları barədə Türkiyə tərəfinə ətraflı məlumat verib.

Ermənistanın son bir ay ərzində Azərbaycan mövqelərini atəşə tutması, Azərbaycan ərazilərinin minalanmasının davam etməsi, bölgədə hərbiləşmə prosesini genişləndirdiyi diqqətə çatdırılıb. Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın və infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə, Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görüldüyü bildirilib.

Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu hərbi gərginliyin və təxribatların narahatlıq doğurduğunu, Ermənistanın əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərinin tam yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Telefon danışığı zamanı digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. bu barədə Türkiyə XİN rəhbəri “Twitter“də bildirib.

Nazirlər Ermənistanın sərhəddə törətdiyi son təxribatı müzakirə ediblər.

“Ermənistan artıq təxribatlara son qoymalıdır. Onlar Azərbaycanla əldə etdikləri razılıq çərçivəsində sülh danışıqlarına və əməkdaşlığa köklənməlidirlər”, – Çavuşoğlu bildirib.(Apa)

Related Articles

Bir cavab yazın

Back to top button