İran

“Ukrayna müharibəsində İran heç bir tərəfə hərbi yardım göstərmir” – Abdullahiyan

“Tehran və Moskva arasındakı çox yaxşı münasibətlərə baxmayaraq, İran müharibədə heç bir tərəfə hərbi yardım göstərmir, çünki müharibəni böhranın həlli hesab etmir. Bütün ölkələrin, o cümlədən Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir”.

 İRNA agentliyi xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Cenevrədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitslə görüşündə deyib.
Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran aktual beynəlxalq məsələləri, o cümlədən Suriya, Yəmən, Əfqanıstan və Ukraynadakı humanitar vəziyyəti müzakirə ediblər.
İran XİN rəhbəri BMT-nin baş katibi ilə apardığı danışıqlara işarə edərək vurğulayıb ki, adıçəkilən ölkələrlə bağlı humanitar məsələlərə beynəlxalq ictimaiyyət daha çox diqqət ayırmalıdır.

Related Articles

Bir cavab yazın

Back to top button