İran

İran Qarabağda qanunsuz əməllərini davam etdirir

İrandan qeyri-qanuni olaraq Qarabağa yüklərin daşındığı görünən daha bir video yayılıb. Bu gün “Azad İran” teleqram kanalında paylaşılan videoda bilinməyən və şübhəli yüklər daşıyan otomobillərin görüntüləri yer alıb. Otomobillər qanunsuz şəkildə Laçın dəhlizi vasitəsilə Rusiya barışcıllarının postlarından keçir, onların nəzarətində olan ərazilərə hərəkət edir. Qeyd edək ki, bir neçə gün öncə də İrandan qanunsuz olaraq Qarabağa yük maşınlarının hərəkət etməsi ilə bağlı video yayılıb. Bildirilir ki, həmin maşınlarda qeyri-qanuni olaraq yanacaq, yemək, əkin məhsulları və başqa əşyalar aşınır. Daşınan yüklər arasında uyuşdurucu maddələrin olması da diqqətə çatdırılıb. Məsələ ilə bağlı İranın Azərbaycan Cümhuriyyətindəki səfirliyinə verilən sorğulara isə hələlik cavab verilmir. Səfirlikdən bildirilir ki, görüntülərlə bağlı Tehrana sorğu verilib, ancaq cavab alınmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button