Azərbaycanİran

Azərbaycanın güneyində fəaliyyət göstərən ziyalılarımız – Sidqi Ruhulla (1886-1956)

Sidqi Ruhulla teatr rejissoru kimi fəaliyyət göstərib. Buzovna kəndində müəllim ailəsində anadan olmuş, ibtidai təhsilini də elə orada almışdır.

Sidqi Ruhulla Hüseyn Ərəblinski (1881-1919) ilə dostlaşandan sonra səhnəyə olan həvəsi daha da artmışdır. 1906-cı ildə Sidqi ilk dəfə Vəzirovun “Adı var, özü yox” komediyasında Telli rolunda səhnəyə çıxmış, H.Ərəblinski ilə birlikdə bir neçə ay İrəvan, Naxçıvan, Tiflis, Batumi və Vladiqafqazı gəzib tamaşalar vermişdi. Bir neçə il sonra yenə səyyar aktyor kimi İrana və Güney Azərbaycana getmişdi. O, öz müəllimi H.Ərəblinskinin təkidi ilə Təbrizdə səyyar aktyor dəstəsi ilə birlikdə qastrolda olmuş və Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan” əsərini səhnələşdirmişdir.

İran dövlətinin xeyrinə cəsusluq etdiyinə görə repressiya olunaraq “xalq düşməni” adı verilən ilk kino rejissoru Abbas Mirzə Şərifzadə (1893-1938) Sidqi Ruhulla, Məmmədrza Vaizzadə və digərləri Güney Azərbaycanda Üzeyir Hacıbəyovun (1885-1948) bir neçə səhnə əsərinin tamaşasını yaratmışlar. Bundan başqa, onlar Təbrizdə yerli artistlərin iştirakı ilə N.Nərimanovun “Nadir şah” pyesi, Z.Hacıbəyovun “Əlli yaşında cavan” əsərlərini də səhnələşdirmişlər. H.Cavidin “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər” pyesləri, M.F.Axundovun “Müsyö Јогdаn və dərviş Məstəli şah” tamaşaları Təbrizdən başqa, İranın Tehran, Məşhəd, Xoy və digər şəhərlərində də səhnələşdirilmişdir.

1931-ci ildə Sidqi Ruhulla Azərbaycan SSR-nin Əməkdar artisti, 1938-ci ildə Azərbaycan SSR Xalq artisti, 1949-cu ildə SSRİ Xalq artisti adını almışdır. Sidqi Ruhulla 1945-1946-cı illərdə “Qırmızı Əmək Bayrağı” ordeni ilə, “Əmək igidliyinə görə” və “Qafqazın müdafiəsi üçün” medalları ilə təltif olunmuşdur.

#Tarix

Related Articles

Bir cavab yazın

Back to top button