Azərbaycanİran

Təbrizli həkim həbs edildi

Təbrizdə yaşayan həkim Əsədullah Əsədi təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Bu barədə onun oğlu Babək Əsədi özünün sosial media hesabında paylaşım edib.

Onun yazdığına görə, təhlükəsizlik məmurları 24 iyun axşam saatlarında onların evinə basqın edərək Əsədullah Əsədini həbs edib, iyunun 25-də isə onu Təbrizin mərkəzi həbsxanasına köçürüblər.

Təbrizli həkim divara hökumət əleyhinə şüarlar yazmaqda ittiham edilib.

Qeyd edək ki, Əsədullah Əsədi bundan öncə də dinc fəaliyyətlərinə görə saxlanılıb və təzyiqlərə məruz qalıb.

Related Articles

Bir cavab yazın

Back to top button