İran

İranda on minlərlə insan günvurma ilə xəstəxanalara yerləşdirilib

Son 3 gün ərzində İranın müxtəlif bölgələrində on minlərlə vətəndaş günvurma nəticəsində təcili tibbi yardıma müraciət edib, onlardan bir neçə min nəfəri xəstəxanalara yerləşdirilib.

Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda Tehran şəhərində təcili tibbi yardım mərkəzlərinə zəng edənlərinin sayının 15 mindən çox olduğu bildirilib.

Qeyd edək ki, son 3 gün ərzində İranın bir neçə əyalətində havanın temperaturu 50 dərəcəyədək yüksəlib.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button