Azərbaycanİran

Azərbaycannın Kirmana daşınan illik sərvətinin məbləği açıqlandı- 1 milyard 200 milyon dollar

Azərbaycanın Vərziğan bölgəsində yerləşən və türklərə məxsus Süngün mis mədəninin illik gəliri 80 trilyon tümən (1 milyard 200 milyon dollar) təşkil edir və bu gəlir Kirman əyalətinə daşınır.

Bunu Kəleybərin İran parlamentindəki nümayəndəsi Behnam Rizvani deyib.

“Bunun üçün heç bir əziyyət belə çəkmirlər, sadəcə Konsentratı trılara yükləyib və Kirman əyalətinə daşıyırlar”,- millət vəkili bildirib.

O, qanunla Süngün mis mədənindən əldə edilən gəlirin 10 faizinin Şərqi Azərbaycan əyalətinin büdcəsinə əlavə edilməli olduğu halda buna əml edilmədiyini söyləyib.

Rizvani mədənin gəlirindən Şərqi Azərbaycan əyalətinə illik 8 trilyon tümən (120 milyon dollar) verilməli olduğu halda, dövlət büdcəsindən əyalətə ayrılan illik vəsaitin 2 trilyon tümən (30 milyon dollar) olduğuna diqqət çəkib.

“Hazırda Qaradağ bölgəsinin bir çox kəndləri yol, tibb mərkəzləri, məktəb, içməli su çatışmazlığından əziyyət çəkir. Sadəcə Süngün mis mədəninin əyalətə verilməli olan illik gəliri ilə bütün bunları həll etmək mümkündür”,- kəleybərli millət vəkili qeyd edib.

Bundan əvvəl bu məsələ azərbaycanlı millət vəkilləri, Şərqi Azərbaycanın keçmiş valisi Məhəmmədrza Purməhəmmədi tərəfindən dəfələrlə gündəmə gətirilib, hökumətə müraciət olunsa da, bu günə kimi məsələ həll olunmamış qalıb.

Təbrizin İran parlamentindəki nümayəndələri, o cümlədən Əjmədrza Əlirzabeygi və Məsud Pezeşkian Vərziğanda mis emalı zavodunun inşası barədə məsələ qaldırıblar.

Süngün mis mədəninin qeyri-azərbaycanlı rəhbərləri və İran hakimiyyəti müxtəlif bəhanələrlə bunun qarşısını alıb, bölgədə həm də işsizliyin aradan qaldırılmasında rol oynayacaq layihəni rədd ediblər.

Qeyd edək ki, Vərziğanın Süngün Mis Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir və İranın mis hasilatının 60 faizi bu mədəndən əldə edilir.

Mədəndən əldə olunan məhsul xammal kimi İranın digər bölgələri, o cümlədən Kirman Əyalətinə daşınır. Mədəni çalışdıran şirkətin bank hesabları və nəticə etibarı ilə pul dövriyyəsi də Kirman və Tehran əyalətlərindədir.

Related Articles

Bir cavab yazın

Back to top button