İran

İranın baş prokuroru: “Virtual məkanı tamamilə bağlamalıyıq, bu isə mümkün deyil”

İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri özünə qarşı bütün təhqirlərə baxmayaraq virtual məkanın tamamilə bağlanmasının tərəfdarı olduğunu deyib.

İranın Baş prokuroru İran xalqının internet filtrasiya vasitələrinə çıxışını tənqid edib və deyib: “Bu gün biz VPN-i bağlayırıq, o, başqa üsulla dərhal istifadəyə verilir”.

Müntəziri daha sonra İran İslam Respublikasının lideri Əli Xameneyinin ötən illərdə internetə qoyulan məhdudiyyətlərlə bağlı xəbərdarlıqlarına toxunub.

O, əvvəlki hökuməti xəyanətdə və internetı məhdudiyyətlər barədə Xameneyinin göstərişini icra etməməkdə günahlandırıb.

Ötən illər ərzində İslam Respublikası interneti tamamilə kəsib,  “milli İnternet” adı altında daxili interneti qurmağa çalışıb və nəhəng maliyyə resursları ayrmasına baxmayaraq heç bir nəticə əldə edə bilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button