Azərbaycanİran

Iran rejiminin həbs etdiyi azərbaycanlı milli fəal Kərim İsmayılzadə zindanın klinikasına köçürülüb

Iran rejimin yaxaladığı azərbaycanlı milli fəal Kərim İsmayılzadə sağlıq durumunun ağırlaşması səbəbindən zindanın klinikasına köçürülüb.

Azərbaycanlı milli fəal və tanınmış idmançı Kərim İsmayılzadənin aclıq aksiyası keçirdiyi və yaxalanandan sonra döyüldüyü üçün sağlıq durumu pisləşib. Ona görə də azərbaycanlı fəal noyabrın 14-də zindanın kilinkasına köçürülüb.

Azərbaycanlı idmançı yaxalandığı zaman işgəncə edilib və sağlıq durumunda ciddi problemlər yaranıb. O ürək və əsəb dərmanları qəbul edir və ailəsindən dərmanlarının ona çatdırılmasını istəyib.

Qeyd edək ki, azərbaycanlı milli fəal noyabrın 2-də molla rejimin məmurları tərəfindən yaxalanıb və bu günə kimi onun həbs səbəbi və nədə ittiham olunduğu barədə heç bir məlumat verilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button