Dünya

AMERİKA İŞ ADAMINI QARA LİSTƏ SALDI

Amerika iranlı-iraqlı biznesmenə və onun mədən şirkətinə qarşı Sipahın Qüds Qüvvələri ilə həmkarlıq ittihamı ilə təhrim qoyub.

Amerika iranlı-iraqlı biznesmenə və onun mədən şirkətinə qarşı Sipahın Qüds Qüvvələri ilə həmkarlıq ittihamı ilə təhrim qoyub.
Amerikanın Xəzanədarlıq Vəzirliyinin məlumatına görə, həmin şəxs və onun şirkəti illərdir Qüds Qüvvələri üçün silah qaçağı və pulşuyi ilə məşğuldur.
Amerikanın Xəzanədarlıq Vəzirliyinin yaydığı açıqlamada, “Əmir Diyanət” adlı şəxsin illərdir Sipahın Qüds Qüvvələrinin qaçaq əməliyyatına himayət etdiyini, o cümlədən İrandan Yəmənə silah qaçağı və raketlərin ötürülməsi və qaçağı icra etdiyini bildirib. Həmin şəxs “Əmir Əbdüləziz Cəfər əl-Məsaci” kimi də tanınır.
Təhrimlərə əsasən, Əmir Diyanət və onun “Taif Mining Services” adlı şirkətinin Amerikadakı bütün darayiləri bloklanacaq. Daarayi Vəzirliyi, Qüds Qüvvələrinin öz əməliyyatlarını Əmir Diyanət və onun şirkətinin fəaliyyəti pərdəsi arxasında apardığını vurğulayır.
Xəzanədarlıq Vəzirliyi Əmir Diyanəti qara listə salmaqla yanaşı, Kolumbiya Bölgəsinin Dadsitanlığı da həmin şəxsə və onun tərəfdaşlarından birinə qarşı təhrimlərin və pulşuyinin pozulması ilə bağlı ittiham irəli sürüb.
Xəzanədarlıq Vəzirliyi verdiyi açıqlamada, Əmir Diyanət və onun rəhbərlik etdiyi şirkətin “bölgədə sabitliyi pozmaq”la bağlı Sipahın Qüds Qüvvələri ilə birlikdə həmkarlıq etdiyini vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button