AzərbaycanDünya

Türkiyənin “CNN Türk” televizya kanalında Güney Azərbaycan müzakirə olunub

Qonaqlar Güney Azərbaycanın önəmindən danışıblar.

Türkiyənin nüfuzlu “CNN” televizya kanalının canlı yayınında Güney Azərbaycanla bağlı müzakirələr gedib və nüfuzlu qonaqlar Azərbaycanın güneyi və Təbriz barədə danışıblar.

Aparıcı və qonaqlar Güney Azərbaycanda 35 milyon türkün yaşadığını, dünyada Türkiyədən sonra ən çox türkü yaşadığı yerin Güney azərbaycan olduğunu xatırladıblar.

“Türkmənçay anlaşması ilə Rusiya ilə İran arasında bölünən 35 milyon, məndən sonra ən çox türkün yaşadığı coğrafiyanı bir qırağa qoya bilmərəm. Amerikanın və İranında ən böyük qorxusu sabah, o biri gün bu iki Azərbaycanın bir araya gələrək birləşmələrindəndir”-deyə, verilişin aparıcısı bildirir.

Verilişin davamında qonaqlar Güney Azərbaycanla bağlı fikirlərini bölüşür, “Traxtur” futbol komandası və başqa bu kimi məsələləri müzakirə edirlər.

“Güney Azərbaycanın baş kəndi Təbriz. Təbrizdə dolaşdığınız zaman “haray-haray mən türkəm” deyən insanlardan farsca bir şey soruşa bilməzsiniz”-deyə, Prof.Dr. Esat Arslan xatırladır.

Qeyd edək ki, adı çəkilən veriliş sosial mediada, özəlliklə güneyli sosial media istifadəçiləri tərəfindən geniş yayılıb və Güney Azərbaycan türklərinin sosial mediada ən çox paylaşdığı və müzakirə etdiyi mövzulardan birinə çevrilib.

Related Articles

Bir cavab yazın

Back to top button