Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

Bayden Pentaqona Ukraynaya silah satışını sürətləndirməyi tapşırıb

Amerika Prezidenti Co Bayden bildirib ki, o, Müdafiə Nazirliyinə Ukraynaya silah satışını sürətlə davam etdirməyi tapşırıb.

“Milad gününün ilk saatlarında Rusiya Ukrayna şəhərlərinə və kritik enerji infrastrukturuna raket və pilotsuz təyyarələrlə zərbələr endirib. Bu dəhşətli hücumun məqsədi qışda Ukrayna xalqını istilik və elektrik enerjisindən məhrum etmək və Ukraynanın təhlükəsizliyini təhdid etməkdir”, – Baydenin bəyanatında qeyd olunur.

Son aylarda ABŞ Ukraynaya yüzlərlə hava hücumundan müdafiə raketləri verib. Bayden deyir ki, daha çox şey yoldadır.

Çərşənbə günü səhər Rusiya Ukraynanın elektrik şəbəkəsinə və şəhərlərinə qanadlı raketlər, ballistik raketlər və dronlarla hücum edib. Zərbələr nəticəsində Xarkovda azı 6 nəfərin yaralandığı, Dnepropetrovsk vilayətində isə bir nəfərin öldüyünü bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button