İran

İranda həbsdə olan fransalı turistin bacısı: İran hökuməti qardaşımı girov götürüb

"Aznews tv"ın xəbərinə görə, Brayrın bacısı deyib ki, qardaşı iki ölkə arasındakı siyasi vəziyyətin qurbanına çevrilib və İran rejimi onu girov götürüb.

İranda həbsdə saxlanılan Fransa vətəndaşı Benjamin Brayr zindanda məmurlar tərəfindən haqlarının tapdalanmasına etiraz olaraq aclıq aksiyasına başlayıb.

“Aznews tv”ın xəbərinə görə, Brayrın bacısı deyib ki, qardaşı iki ölkə arasındakı siyasi vəziyyətin qurbanına çevrilib və İran rejimi onu girov götürüb.

Benjaminin bacısı dekabrın 28-də “Amerikanın Səsi”nə açıqlamasında bildirib: “Qardaşım dekabrın 25-dən etibarən aclıq aksiyasına başlayıb. Onu yeni il bayramı öncəsi biz ailəsi ilə əlaqə saxlamağa qoymaqdıqları üçün o, bu addımı atıb. Ona bir neçə məktub da yazmışıq, lakin bu məktublar ona verilməyib. O, aclıq aksiyasına başlamaqla 20 aydır olduğu zindanda nə qədər böhranlı şəraitdə saxlanıldığını və bununla bağlı lazımi addımların atılmalı olduğunu göstərmək istəyir”.
Xanım Brayer qardaşının hazırkı vəziyyəti və dosyesinin taleyi ilə bağlı ailəsinə məlumat verilib-verilməməsi haqda bildirib ki, ailəsi qardaşının fiziki və psixoloji vəziyyətindən başqa barəsində heç bir məlumatı yoxdur.

Xatırladaq ki, Benjamin Brayr 2020-ci ilin may ayında Türkmənistan sərhədi yaxınlığında İranın əmniyət qüvvələri tərəfindən tutularaq, Məşhəd İnqilab Məhkəməsi tərəfindən “casusluq” və “rejim əleyhinə təbliğat” ittihamları ilə həbsə atılıb.

Related Articles

Bir cavab yazın

Back to top button