Azərbaycan

Təbrizdən Ukraynaya dəstək

Güney Azərbaycan vətəndaşlarının Ukraynaya dəstək kampaniyası başlayıb.

Bununla əlaqədar Təbrizdə bir qrup Güney Azərbaycan vətəndaşı avtomobillərinin üzərinə Ukrayna bayrağı taxaraq, Ukrayna xalqının rus işğalçılarına qarşı qəhrəmancasına müqavimətini dəstəkləməklə yanaşı, Rusiyanın ekspansionist hərəkətlərini pisləyib.

Kampaniyanın yaxın saatlarda və günlərdə genişlənərək Güney Azərbaycanın digər şəhərlərini də əhatə edəcəyi gözlənilir.

Son günlər Güney Azərbaycanın sivil fəalları və milli mediası rusların Şimali Azərbaycan, Güney Azərbaycan, Krım və türk dünyasının digər bölgələrində türklərə qarşı törətdikləri cinayətləri xatırladan, Güney Azərbaycan xalqının həmrəyliyini vurğulayan yazılar dərc edib. Ukrayna xalqı ilə.

Related Articles

Bir cavab yazın

Back to top button